Bu gün Bakının Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, diametri 530 mm-lik “Digah-Bilgəh” orta təzyiqli qaz kəmərinin bir hissəsinin kipliyinin yoxlanılması məqsədi ilə bu gün saat 1000-dan 1500-dək Sabunçu rayonunun Pirşağı və Nardaran qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.