Fransa prezidenti Fransua Oland bir neçә gündən sonra Azәrbaycana sәfәr edәcәk.
APA-nın mәlumatına görә, bunu Fransanın Azәrbaycandakı sәfiri Paskal Monye 134 saylı mәktәbdә “Fransa günü” ilә bağlı keçirilən tәdbirdә deyib.
Səfir Fransa prezidentinin 2013-cü ildә Azәrbaycana sәfәr etdiyini vә daha sonra iki ölkә prezidentlәrinin üç dәfә görüşdüklərini xatırladıb.
Qeyd edək ki, F. Olland aprelin 24-dә Ermәnistanda uydurma “ermәni soyqırımı” ilә bağlı tәdbirә qatılacaq.