|
|
|
|
Bu gün günorta saatlarında Xaçmaz rayonunda bədbəxt hadisə baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonun Nağıoba kənd sakinləri 5 yaşlı Ruslan Zəkiyev və onun həmyaşıdı Həzrət Novruzov çayda boğulub. Hər iki uşağın meyiti ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.