https://525.az/img/pics/medium/2024-02/303253_0421emrqww.jpg Nəsillər arasındakı anlaşılmazlıq: təkrarlanan "çatlar"
https://525.az/img/pics/medium/2024-03/308269_0pagv71pno.jpg AMEA-da Elm Günü qeyd olunub
https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
search
29 Mart 2024
28 Mart 2024

“Qəbələ”nin “Kitab oxu” pankartının müəllifi danışdı

“Qəbələ”nin “Kitab oxu” pankartının müəllifi danışdı

Azərbaycan Premyer Liqasının 31-ci turunda “Xəzər Lənkəran”la oyunda “Qəbələ”nin meydana Beynəlxaq oxu gününü ilə bağlı "Kitabsız yaşamayaq" sözləri yazılan pankartla çıxdı. Kitabla bağlı belə bir aksiyaya futbol və idman tariximizdə ilk dəfə idi rast gəlinirdi.

Sözügedən aksiyanın ideya müəllifi olan “Qəbələ”nin meneceri Səməd Nəsibov Qol.Az-ın müxbiri ilə söhbətində layihənin yaranma zərurətindən danışıb:

“Çalışırıq ki, bütün qeyd olunası günlərə həssaslıqla yanaşaq. İstədik ki, insanların mütaliə həvəsinə köməyimiz dəysin. Əgər bu aksiyadan sonra bircə nəfər də olsa kitab oxuyanın sayı artsa, özümüzü xoşbəxt hiss edərik. Çünki hər şey elmin, savadın üzərində qurulur.

Stadiona azyaşlı uşaqlar da gəlir. Bu aksiya ilə kimdəsə kitaba maraq oyada bilərik. Deyə bilmərəm ki, bizim açdığımız pankart hər şeyi kökündən dəyişəcək. Sadəcə gözəl bir təşəbbüs idi”.

Klub rəsmisi bu cür aksiyaların qarşıdakı oyunlarda da həyata keçiriləcəyini bildirib:
 
“Hər zaman çalışmışıq ki, xalqımız üçün əlamətdar günlərə laqeyd qalmayaq. Bundan sonra da belə olacaq.

Çempionatın son turunda “Bakı” ilə oyunumuz var. Həmin görüş mayın 28-də, yəni Respublika günündə olacaq. Bu qarşılaşma üçün də müəyyən aksiya nəzərdə tutumuşuq”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.