Fövqəladə Hallar Nazirliyi (FHN) və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin qüvvə və vasitələri cəlb olunmaqla aprelin 28-də Heydər Əliyev Beynəlxalq Aeroportunda yanğın-taktiki təlimi keçiriləcək.
FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd aeroport ərazisində təhlükəsizliyin qorunması üçün aidiyyəti qurumların qarşılıqlı fəaliyyətinin gücləndirilməsi, mümkün fövqəladə halların, o cümlədən yanğınların qarşısının vaxtında alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması üçün şəxsi heyətin peşəkarlığının daha da artırılmasıdır.