Gürcüstanın ətraf mühit və təbii sərvətlər naziri Elqudja Xokrişvili istefa verib.
APA-nın məlumatına görə, E. Xokrişvili istefa qərarına səbəb kimi ailə məsələlərini göstərib.
“Çətin seçim etmək üçün bəzi məqamlar var. İndiki mərhələdə ölkə xaricində yaşayan ailəmlə bir yerdə olmalıyam. Qərar verməzdən öncə baş nazirlə danışdım və o, məni başa düşdüyünü bildirdi”, - deyə nazirin bəyanatında bildirilir.