Meksika əsilli məhşur Amerika müğənnisi Cenni Rivera sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olub. Qəza zamanı təyyarədə olan 7 nəfərin hamısı həyatını itirib. Qeyd edək ki, təyyarə müğənninin konsert verdiyi Monterrey şəhərində havaya qalxdıqdan bir neçə dəqiqə sonra radardan itib.