İndoneziya həbsxanasında barəsində edam hökmü çıxarılan avstriyalı Endryu Çan hökmün icrasına bir gün qalanda sevdiyi qızla evlənib.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, nikah mərasimində bəylə gəlinin dostları və qohum-ərqabaları iştirak edib.
“Bu, xoşbəxtlik üçün seçilən ağır məqamdır. Ümid edirik ki, prezident gənclərə qarşı müsbət davranacaq və onlar birgə yaşamağa davam edəcəklər”, - bəyin qardaşı Maykl deyib.
Endryu Çan 2006-cı ildə heroin qaçaqmalçılığına görə həbs olunub. Onun bu gün edam ediləcəyi gözlənilir.