Azərbaycan müdafiə naziri general-polkovnik Səfər Əbiyev MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Moskvaya yola düşüb.
Nazirliyin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, iclasda MDB çərçivəsində hərbi əməkdaşlığın gedişi və 2013-cü il üçün planlaşdırılan tədbirlərin müzakirəsi nəzərdə tutulur. Səfər zamanı müdafiə nazirinin bir sıra MDB ölkələri ilə qarşıdakı il üçün ikitərəfli hərbi əməkdaşlıq planlarını imzalayacağı da gözlənilir.