Azərbaycan Ordusunun əsgəri özünü güllələyib.
APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb.
Ordumuzun əsgəri Zeynalov Zeynal Qalib oğlu tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya əsgərin ölüm faktını təsdiqləyib. O qeyd edib ki, fakt üzrə Respublika Hərbi Prokurorluğunda cinayət işi başlanıb, ölümün səbəbləri araşdırılır.