Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin ümumi yığıncağı keçirilib.
Modern.az xəbər verir ki, bir neçə dəqiqə bundan əvvəl AMEA-nın adlı mükafatları öz sahiblərinə təqdim edilib. Laureatlar aşağıdakılardır:
Akademik Cəmil Əliyev- tibb sahəsindəki uğurlarına görə Mirəsədulla Mirqasımov adına mükafat;
Akademik Telman Əliyev- dəqiq elmlər və idarəetmə sahəsindəki uğurlara görə Nəsirəddin Tusi adına mükafat;
Akademik Tariyel Talıbov – təbiət sahəsində əldə etdiyi uğurlara görə Həsən bəy Zərdabi adına mükafat;
Akademik Musa Rüstəmov – kimya elmləri sahəsindəki uğurlara görə Yusif Məmməədəliyev adına mükafat;
Akademik Teymur Bünyadov – humanitar elmlər sahəsindəki uğurlara görə Abbasqulu ağa Bakıxanov adına mükafat;
Professor Zemfira Səfərova- mədəniyyət və musiqi nəzəriyyəsi sahəsindəki uğurlara görə Üzeyir Hacıbəyli adına mükafat;
Professor Məmməd Çıraqov – geologiya elmləri sahəsindəki uğurlara görə Musa Əliyev adına mükafat.
Mükafat alanlar siyahısındakı akademik Cəmil Əliyev Respublikanın baş onkoloqu, professor Zemfira Səfərova isə xalq yazıçısı Anarın həyat yoldaşıdır.