ABŞ dövlət katibinin demokratiya, əmək və insan haqları üzrə müavininin köməkçisi Tomas Melia Azərbaycanda səfərdədir.
Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Tomas Melia səfər çərçivəsində rəsmi şəxslər, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək, ölkədə demokratiya və insan haqları məsələlərini müzakirə edəcək.