Xilasedicilər Nepalda zəlzələ nəticəsində uçqun altında qalan 4 aylıq uşağı sağ çıxarıblar.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, körpə ən azı bir sutka dağıntılar altında qalıb.
Məlumatda qeyd edilir ki, xialsedicilər əvvəlcə onu axtarmaq istəməyiblər, ancaq bir müddət sonra uşaq çığırtısı eşidərək axtarışı bərpa ediblər.
Xoşbəxtlikdən uşaq xəsarət almayıb, bununla belə ac qaldığından xeyli zəifləyib. İndi həkimlər onun vəziyyətinin stabil olduğunu deyirlər.