Akademik Milli Dram Teatrında xalq artisti Cəfər Namiq Kamalın 65 illik yubileyi qeyd olunub.
Teatrdan APA-ya verilən məlumata görə, yubiley tədbirində teatrın direktoru İsrafil İsrafilov, xalq artistləri Ramiz Novruz, Azər Paşa Nemət, Firəngiz Mütəllimova Cəfər Namiq Kamalın yaradıcılığından, səhnədəki fəaliyyətindən danışıblar.
Yubiley gecəsində C. N. Kamalın Mirzə Həbib rolunda çıxış etdiyi M.F.Axundovun “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib.