|
|
|
|
“Ümid edirik ki, Ermənistan idmançılarının “Bakı-2015” I Avropa Oyunlarında iştirakı Qarabağ konfliktinin həllinə dair sülh danışıqlarında inam və etibar yaratmağa kömək edəcək”.
APA-nın məlumatına görə, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “Twitter” səhifəsində belə yazıb.
Qeyd edək ki, aprelin 29-da Minsk qrupunun həmsədrləri aprelin 29-da Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. Bu gün isə həmsədrlərin Azәrbaycanın xarici işlәr naziri Elmar Mәmmәdyarovla görüşü nəzərdə tutulur. Görüşlər Parisdə keçirilir.