"Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı nəticəsində bir milyondan artıq azərbaycanlı öz evlərindən qovulub".
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə parlamentinin spikeri Cəmil Çiçək Beynəlxalq İnsan Hüquqları Gününün 64-cü ildönümü münasibətilə müraciətində bildirib.
Onun sözlərinə görə, işğal nəticəsində bir milyon azərbaycanlının hüquqları pozulub. Spiker beynəlxalq ictimaiyyəti dünyada insan haqlarının pozulmasına diqqət yetirməyə çağırıb.