|
|
|
|
İran tərəfi Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinə qoşulmaq üçün layihədə pay sahibi olanlara müraciət etməyib.
"APA-Economics"in məlumata görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.
"Biz TANAP-a gələcəyi perspektivli bir layihə kimi baxırıq. TANAP genişləndirilə biləcək böyük bir boru xəttidir. Onun vasitəsilə nəinki Azərbaycanın, hətta İranın, Türkmənistanın, İraqın da qazını nəql etmək imkanı var", - deyə R. Abdullayev bildirib.
SOCAR prezidenti əlavə edib ki, TANAP regionun "ən böyük arteriyası olaraq qalacaq".