Azərbaycanın dövlət qurumlarının “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi elektron xidmətlərin sayı 417-yə çatıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, hazırda Nazirlər Kabinetinin təsdiq etdiyi 452 e-xidmətdən 333-ü portala inteqrasiya olunub.
Ümumilikdə dövlət saytlarında yerləşdirilən elektron xidmətlərin sayı isə 481 olub.