Dünən Göyçay rayonunda, ANS Müstəqil Yayım Şirkətinin bölgə müxbiri Günel İsayeva RPŞ-nə şikayət edib.
525.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, onlar həmin gün rayon Kommunal Təsərrüfat İdarəsinin rəisi Loğman Əliyevin iş otağında olarkən, sonuncu tərəfindən özünün və operator Rəşad Rəşidovun təhqir edilməsini, kamerasının alınmasını və bu zaman kameraya qismən ziyan dəyməsini bildiriblər. Faktla bağlı araşdırma aparılır.