https://525.az/img/pics/medium/2024-04/310307_ikq16fbueg.jpg “525-ci qəzet”in 17 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/310206_nzabxr6ypc.jpg İgid Kəngərli süvarisi Kərim ağa Şahtaxtinski
https://525.az/img/pics/medium/2023-10/288649_kygy3lxeql.jpg Qəfil yada düşənlər - Aydın Tağıyev yazır
https://525.az/img/pics/medium/2024-04/310290_6v4mu9weea.jpeg Xalq yazıçısı Anarla Sabirabadda görüş
search
16 Aprel 2024

Azərbaycanlı futbolçular ukraynalı menecerlərin maraq dairəsinə düşüb

Azərbaycanlı futbolçular ukraynalı menecerlərin maraq dairəsinə düşüb

Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən 90 + Futbol Agentliyinin direktoru Aleksandr Şexovtsov və direktor müavini Maksim Karaqodin Bakıda səfərdə olublar. Səfər müddətində onlar Azərbaycan Premyer Liqasının oyunlarını izləyib, bəzi futbolçularımızla maraqlanıblar. Bundan başqa, səfər zamanı 90+ Futbol Agentliyi ilə FİFA agenti Günel Rüstəmovanın rəhbəri olduğu Azərbaycanın GR Futbol Agentliyi arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Qol.Az saytının müxbiri ilə söhbətində Aleksandr Şexovtsov və Maksim Karaqodin səfərləri haqda danışıblar. 

90 + Futbol Agentliyinin direktoru Aleksandr Şexovtsovun sözlərinə görə, onlar Azərbaycan Premyer Liqasının 16-cı turunun “Qarabağ” – “Kəpəz” oyununu izləyiblər.

“Qarabağ”ın heyətində 20 yaşlı Qara Qarayevin oyunu bizim xüsusi diqqətimizi çəkdi. Belə futbolçu Avropa ölkələrinin çempionatlarında çıxış edə bilər. Birincisi, onun yaşı azdır. İkincisi, potensialı və istedadı böyükdür. “Kəpəz”lə oyunda səhvsiz oynadı. Çox soyuqqanlı futbolçudur. Qara müdafiədə bir çox komanda yoldaşını əla sığortalamağı bacardı. Açığı, bu futbolçu bizim diqqət mərkəzimizə düşdü. Gələcəkdə onunla danışıq aparmaq istəyirik. Ukrayna Premyer Liqa klublarına təklif edəcəyik”.

A.Şevostsov bildirir ki, Q.Qarayevlə yanaşı “Qarabağ”dan Əfran İsmayılov və Rauf Əliyevin də oyununu bəyəniblər: “Raufun 24 yaşı var.  Bu futbolçu oyuna sonradan daxil oldu. Bilirəm ki, Azərbaycan milli komandasının üzvüdür”.

Aleksandr Şexovtsov deyir ki, onlar transfer məsələlərində üstünlüyü əsasən gənc futbolçulara verirlər. “Düzdür, nisbətin yaşlı olan təcrübəli futbolçular da bizi maraqlandırıb. Məsələn, “Qarabağ”ın və Azərbaycan millisinin kapitanı Rəşad Sadıqovu, eləcə də “Neftçi”nin kapitanı, “İnter”ə gözəl qol vuran Rəşad Sadiqovu qeyd edə bilərəm. Onlar Ukrayna və ya Rusiya Premyer Liqasında oynamaq gücündədirlər. Əsas əlinin altında keyfiyyətli futbolçunun olmasıdır. Bu halda onları normal klublara təklif etmək olar”.

FİFA agenti olan ukraynalı menecerlər bildirirlər ki, yaxın vaxtlarda maraq dairələrinə düşən azərbaycanlı futbolçuların özləri ilə birbaşa danışıqlara başlamaq fikrindədirlər: “Müqavilə imzaladığımız Azərbaycanın GR Futbol Agentliyinin rəhbəri Günel Rüstəmova bizi burada təmsil edir. Azərbaycanlı futbolçularla da biz onun vasitəsilə danışıq aparırıq”.

“Bizim Avropa klubları ilə də əlaqələrimiz var. Söhbət təkcə Ukrayna Premyer Liqasından getmir. Biz istedadı olan gənc azərbaycanlı futbolçuları Avropaya çıxara bilərik” – deyə M.Karaqodin bildirir.

M.Karaqodinin sözlərinə görə, hazırda Ukraynada bir neçə tanınmış futbolçu Azərbaycanda oynamaq istəyirlər: “Biz özümüz FİFA agentiyik. Şirkətimiz isə yeni qurulub. Artıq qış fasiləsində Ukrayna və digər ölkələrdə bir neçə transferlərə vasitəçilik edəcəyik”.

GR Futbol Agentliyinin direktoru Günel Rüstəmova isə deyir ki, ukraynalı futbol agentləri ilə əməkdaşlıqda əsas məqsədlərdən biri də Azərbaycanın tanınmayan gənc və istedadlı futtbolçularının xarici ölkə klublarına çıxışına nail olmaqdır. “Müqavilə imzaladığımız şirkət konkret və real təşkilatdır. Onların əməkdaşlıq etdiyi, dəyəri milyonlarla dollar olan futbolçular da var. Biz istəyirik ki, Azərbaycanda ulduz olmayan gənc futbolçu yaxın illərdə öz oyunları ilə Avropada tanınsınlar” – deyə o bildirir.  

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.