“Rusiya əvvəllər postsovet məkanından bu cür sərt icarə razılaşdırması ilə üzləşməmişdi”.
APA-nın “NewYork Times”a istinadən yaydığı məlumata görə, bu fikirləri Bernard Kollecin politologiya professoru, postsovet ölkələri üzrə ekspert Aleksandr Kuli Rusiyanın Qəbələ RLS-in istismarının dayandırması məsələsinə şərh edərkən deyib.
“Düşünürəm ki, bu, postsovet məkanında icarə müqaviləsinin dayandırılması, yaxud müddətinin artırılmamasına dair ilk faktdır. Digər hallarda Rusiya müqavilənin müddəti artırmağa nail olub”.