Gələn il yanvarın sonunda Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü olacaq. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən brifinqdə deyib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar indiki vəziyyət müzakirə ediləcək.