Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində yanğın törədiblər.
Bu barədə APA-ya yerli sakinlər məlumat veriblər.
Məlumata görə, yanğının Azərbaycan Ordusunun nəzarətində olan Tərtər rayonunun Qapanlı kəndinin ərazisinə keçməsinin qarşısını almaq məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.