ATƏT Parlament Assambleyasının yay sessiyasının vaxtı açıqlanıb.
Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova APA-ya açıqlamasında bildirib ki, sessiya iyulun 5-9-da Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək.
B. Muradova deyib ki, gündəlik hələ məlum deyil. Gündəlik və Azərbaycanın təklifləri sessiyaya yaxın müddətdə açıqlanacaq.