https://525.az/img/pics/medium/2024-04/311395_vptuc1dqol.jpg “525-ci qəzet”in 26 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311278_p19wpbj2do.jpg "Məktəblinin dostu": uğurlu təşəbbüs, faydalı addımlar
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
search
25 Aprel 2024

"Cənubi Qafqaz Boru Kəməri üzrə işlər nəzərdə tutulmuş vaxtdan əvvəl yerinə yetirilir"

"Cənubi Qafqaz Boru Kəməri üzrə işlər nəzərdə tutulmuş vaxtdan əvvəl yerinə yetirilir"
Bu gün Energetika Nazirliyində Xüsusi Dövlət Mühafizə Xidmətinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, habelə BP şirkətinin nümayəndələrinin iştirakı ilə iclas keçirilib.
 

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, iclasda Nazirlər Kabinetinin tapşırığı əsasında Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi istiqamətində xüsusi mühafizə zolağının yaradılması ilə bağlı Dövlət Xüsusi Mühafizə Xidmətinin irəli sürdüyü təkliflər müzakirəyə çıxarılıb.
 
Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz yatağından hasil edilən qazın Gürcüstan və Türkiyəyə nəqli məqsədilə inşa edilən Cənubi Qafqaz Boru Kəmərinin əhəmiyyətindən danışan energetika naziri Natiq Əliyev layihə üzrə işlərin plan əsasında nəzərdə tutulmuş vaxtdan əvvəl yerinə yetirildiyini diqqətə çatdırıb.

Qeyd edib ki, ətraf mühitə və sosial sahəyə təsirlərin minimuma endirilməsi, eləcə də layihələrin birləşdirilməsi sayəsində əsaslı və əməliyyat xərclərinə qənaət məqsədilə bu kəmər də Bakı-Tbilisi-Ceyhan əsas-ixrac boru kəməri ilə eyni tikinti dəhlizində inşa olunub:
 
“Boru kəmərinin uzunluğu 691 kilometrdir. Bunun 443 kilometri Azərbaycana, 248 kilometri Gürcüstana aiddir. Neft-qaz layihələrinin 30 ilə hesablandığı əsas gətirilərək Qərb istiqamətində tikiləcək 86 keçidin saxlanması təklif edilir”.
 
Xüsusi Dövlət Mühafizə Xidməti kəmərin təhlükəsizliyi məqsədilə görülən işlərin yüksək səviyyədə təmini və asanlaşdırılması, habelə xərclərə qənaət məqsədilə keçidlərin müvəqqəti deyil, uzunmüddətli tikilməsini vacib hesab edir.
 
İclas zamanı bu sahədə qarşıda duran perspektivlərə diqqət yönəlib, irəli sürülən bütün təkliflərin mövcud qayda və standartlara uyğunluğunun araşdırılması, vəziyyətin birgə təhlilindən sonra işçi qrupu tərəfindən yekun təkliflərin hazırlanaraq təqdim olunması qərara alınıb.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.