“Biz vaxtı ilə çox çalışdıq ki, Ermənistanın Azərbaycana qarşı işğalı nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi dini müharibəyə çevrilməsin”.
APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
O qeyd edib ki, bu işdə o vaxtkı Rusiya patriarxı Alekseyin ona böyük dəstəyi olub:
“Biz dini liderlər bu gün də bu münaqişənin tezliklə həll olunması, tökülən qanın dayanması üçün əlimizdən gələni etməyə hazırıq”.