Azərbaycan "Bakı 2015" I Avropa Oyunlarında 291 idmançı ilə təmsil olunacaq.
Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu barədə bu gün Oyunlarda iştirak edəcək idmançılarla keçirilən görüşdə Milli Olimpiya Komitəsinin (MOK) beynəlxalq əlaqələr üzrə direktoru Könül Nurullayeva bildirib.
O bildirib ki, nümayəndə heyəti 150 texniki personal olmaqla, ümumilikdə 441 nəfərdən ibarət olacaq. Bu isə rusiyadan sonra ikinci böyük nümayəndə heyətidir.
Onun sözlərinə görə, Azərbaycan idmançıları iyunun 8-dən atletlər kəndində toplaşmağa başlayacaq.