“Bu ilin payızında Bakı-Tiflis-Qars dəmiryolu layihəsi ilə bağlı həyata keçirilən bütün işlər sona çatacaq. Biz payız aylarında istismara veriləcək bu dəmir yolunun açılışına hazırlaşırıq”.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu APA-ya açıqlamasında Gürcüstan baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze deyib.
Nazir qeyd edib ki, Azərbaycan və Gürcüstan üzərinə öhdəlik götürdükləri bütün işləri yerinə yetiriblər.