Ölkəyə daxil olan soyuq hava kütlələri nəticəsində Bakıya ilk qar yağıb.
525.az-ın məlumatına görə, səhər saatlarından başlayaraq Bakının bəzi ərazilərində sulu qar və qısa müddətli qar yağıb. Bu gündən etibarən havanın soyuq, şaxtalı olacağı, temperaturun ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı enəcəyi gözlənilir.
Dekabrın 14-də Bakıda və Abşeron yarımadasında temperaturun anomal gedişi gözlənilir. Havanın temperaturu gecə və səhər 4-6, günün ikinci yarısında 1-3 dərəcə isti olacaq, dekabrın 15-dən 16-na və 16-dan 17-nə keçən gecə 0-2 dərəcəyədək aşağı enəcək.