1503 — Fransız astroloqu və həkimi Nostradamus ölüb.
1788 — Alman bəstəkarı Emmanuel Bax ölüb.
1799 — Birinci ABŞ Prezidenti Corc Vaşinqton ölüb.
1825 — Rusiyada dekabristlər üsyanı baş verib.
1900 — Alman fizik Maks Plank Kvant nəzəriyyəsini açıqlayıb
1911 — Norveç səyyahı Amundsen Cənub qütbünə çatan insan kimi tarixə düşüb
1924 — Hind kinoaktyoru, rejissoru, ssenaristi Rac Kapur anadan olub.
1939 — Finlandiyaya qarşı hərbi təcavüzə görə SSRİ Millətlər Liqasından xaric edilib.
1984 — İspan şairi, Ədəbiyyat üzrə Nobel Mükafatı laureatı, (1977)Visente Aleksandre (Vicente Aleixandre) dünyasını dəyişib.
1989 — Sovet fiziki və ictimai xadimi, Nobel Sülh Mükafatı laureatı Andrey Saxarov vəfat edib.
1995 — Deyton sazişinin imzalanması ilə Yuqoslaviyada müharibəyə son qoyulub.
2004 — Dünyada ən hündür nəqliyyat körpüsünün - Viaduk Miyonun açılışı olmuşdur.
2008 — İraqlı jurnalist Muntazar əl Zeydi Bağdadda keçirilən mətbuat konfransında ABŞ prezidenti Corc Buşa ayaqqabı tullamışdır. Əl Zeyli bu addımından sonra məşhurlaşıb. Hadisədən sonra müxtəlif ölkələrdə Corc Buşun şəklinə ayaqqabı atma yarışları təşkil olunub.
2011 — Azərbaycanın xalq artisti, xanəndə Qədir Rüstəmov rəhmətə gedib.