ABŞ Suriyanın mümkün raket hücumuna qarşı Türkiyəyə iki "Patriot" sistemi göndərəcək.
"New York Times" qəzetinin xəbərinə görə, "Patriot"larla birlikdə 400 ABŞ əsgəri də Türkiyəyə gələcək. Bu haqda açıqlamanı ABŞ müdafiə naziri Leon Panetta CBS telekanalına müsahibəsində verib.
NATO komandanlığı altındakı üç ölkədən - ABŞ, Almaniya və Hollandiyadan gələcək 6 "Patriot" yanvarın sonuna qədər Türkiyə ərazisinə yerləşdiriləcək. Amma ehtiyac olarsa, Almaniya və Hollandiyadan gələcək sistemlər daha tez yerləşdiriləcək.
Qəzetin xəbərində "Patriot"ların yerləşdiriləcəyi 10 nöqtənin dəyərləndirildiyi və bu dəyərləndirmə nəticəsində yerləşdiriləcək sistemlərin NATO hava müdafiə sistemlərinə bağlanacağı qeyd edilib.
Xəbərdə bütün bölgəni qoruyacaq sayda sistemin yerləşdirilməsinin mümkün olmadığı, sistemlərin yerləşdirilməsinin NATO-nun Türkiyəyə dəstəyini göstərəcəyi vurğulanıb.
TRT