|
|
|
|
Türkiyədə 7 iyun tarixində keçirilmiş parlament seçkilərinin nəticələri müəyyənləşib. Əvvəlkilərə nisbətən xeyli dinamikliyi ilə seçilən parlament seçkilərində qardaş ölkənin 13 jurnalisti də Türkiyə Böyük Millət Məclisinə üzv olub.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, qalib gələn jurnalistlərdən əksəriyyəti müxalifətçi Cumhuriyyət Xalq Partiyasının (CHP) təmsilçiləridir.
AKP-ni təmsil edən qalib jurnalistlər arasında isə Muhsin Kızılkaya, Markar Esayan, Orxan Miroğlu kimi imzalar var.