Rusiya və Azərbaycan prezidentlərinin şənbə günü keçirilən görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusuna da toxunulub.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Vladimir Putinlə İlham Əliyev arasında keçirilən görüşdə Rusiya-Azərbaycan ikitərəfli münasibətləri müzakirə olunub:
“Bu münasibətlər çoxvektorlu, çoxistiqamətlidir. Bizim münasibətlərin ölçüləri çox detallı müzakirə olundu. Qarabağ mövzusuna da toxunuldu”.