Ermənistanın Gümrü şəhərində Teatr meydanında etiraz aksiyası keçirilir.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, etirazçılar İrəvanda Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektində keçirilən aksiyaya dəstək nümayiş etdirirlər.
Meydana toplaşanlar bildirib ki, İrəvanda etirazçılara qarşı güc tətbiq edildiyi təqdirdə Gümrü sakinləri buna biganə qalmayacaqlar.
Xatırladaq ki, ötən axşamdan İrəvanda minlərlə nümayişçi elektrik enerjisi qiymətlərinin artmasına etiraz edirlər.