|
|
|
|
Yerevanda elektrik enerjisinin qiymətinin artırılmasına etiraz edərək keçirilən və güc strukturlarının vəhşicəsinə müdaxiləsi nəticəsində saxlanılan şəxslərə qarşı cinayət işi açılacaq.
Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, saxlanılanların sayı 237 nəfərdir və onların bir hissəsinə xuliqanlıq maddəsi ilə ittiham elan ediləcək.
İyunun 23-də Ermənistan polisi Yerevanın Baqramyan prospektindəki oturaq aksiya iştirakçılarının ərazidən uzaqlaşdırılması məqsədilə əməliyyat keçirib. Güc tətbiqi iyunun 23-də yerli vaxtla saat 05:25-də başlayıb.
Nəticədə polislə aksiya iştirakçıları arasında gərginlik yaranıb.