İrəvanın Baqramyan prospektində bir neçə gündür fasiləsiz olaraq elektrik enerjisinin qiymətinin artırılmasına etiraz edənləri qalib hesab etmək olar.
Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, prezident Serj Sarkisyan bəyan edib ki, hökumət elektrik enerjisinin qiymətinin artırılmasının bütün yükünü öz üzrərinə götürəcək.
Buna baxmayaraq, mitinq iştirakçıları prezidentin bu bəyanatından sonra qələbəni bayram etməyə tələsmirlər. “Soyğunçuluğa yox!” təşəbbüs qrupunun üzvü Armen Mkrtçyan deyib ki, Sarkisyanın bu bəyanatı onlara rəsmən çatmayıb:
“Dövlət büdcəsi son nəticədə bizim vergilərin hesabına formalaşır. Məgər bunu böyük qələbə hesab etmək olar? Biz təkliflərimizi səsləndirəcəyik, xalq isə qərar verəcək”.