Litvaya rəsmi səfəri başa çatdıqdan sonra Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasına yola düşüb.
525.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Z. Həsənov Latviyanın yeni seçilmiş prezidenti, iyulun 8-dən prezident vəzifələrinin icrasına başlayacaq hazırkı müdafiə naziri Raymonds Veyonisin dəvəti ilə iyulun 3-dən 4-dək Latviyada rəsmi səfərdə olacaq.
Səfərdə bir sıra görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik və müdafiə məsələlərinə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.