Bakıda yaşayış binası yanıb, bir nəfər ölüb.
525.az-ın DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, dünən saat 21.30 radələrində Nəsimi rayonu ərazisində yaşayan Oruc Hüseynovun mənzilində yanğın baş verib.
Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükən sonra Hüseynovun anası Ruqiyənin yanmış meyiti tapılıb.