KTMT-nın bu qərarını Belarus prezidenti Aleksandr Lukaşenko açıqlayıb
Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü rəsmən dayandırılıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə bu gün Kremldə keçirilən KTMT-yə üzv ölkələrin dövlət başçılarının görüşündə çıxış edən Belarus prezidenti Aleksandr Lukaşenko bildirib. O, Özbəkistanın qurumda fəaliyyətini dayandırmaq barədə KTMT-yə müraciət etdiyini, quruma üzv ölkələrin dövlət başçılarının müzakirələrdən sonra bu müraciəti qəbul etdiklərini deyib
Qeyd edək ki, Özbəkistan bu ilin iyununda KTMT üzvlüyündən çıxmaq barədə qurumun katibliyinə rəsmi nota göndərib.