|
|
|
|
“Mən ABŞ tərəfinin “Yeni İpək Yolu” məsələsinə cəlb olunmuş nümayəndəsiyəm. Azərbaycana səfərimin əsas məqsədi Azərbaycanın xarici işlər naziri ilə “Yeni İpək Yolu” məsələsini müzakirə etməkdir”.
APA-nın xəbərinə görə, bunu ABŞ dövlət katibinin köməkçisinin baş müavini Riçard Hoqland deyib. “Azərbaycan Çindən Mərkəzi Asiya, Xəzər regionu və Türkiyəyə tranzit məsələsində çox mühüm rol oynayır”, - deyə o, söyləyib.