Azərbaycan prezidenti İlham Əliyev Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filiallarının ləğvi və “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 2000-ci il 13 iyun tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
APA-nın məlumatına görə, Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələlərin həlli tapşırılıb.