Azərbaycanın və SSRİ-nin Xalq artisti Fidan Qasımovanın Böyük Britaniya Kembric Universitetinin tərtib etdiyi ensiklopediyada dünyanın ən tanınmış ifaçısı adına layiq görülməsi münasibətilə iyulun 27-də London şəhərində konsert proqramının keçirilməsi planlaşdırılır.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, qeyd olunan konsert proqramında Fidan və Xuraman Qasımovaların iştirakı, Azərbaycan və dünya klassik musiqilərindən ibarət proqramla çıxış etməsi nəzərdə tutulur.
Bu səfərin təşkili nazirliyin dəstəyi ilə həyata keçirilir.