|
|
|
|
Misir mətbuatı Ermənistan-Azərbaycan sərhədinin Gədəbəy istiqamətində erməni təxribatının qarşısının alınmasından yazıb.
Azərbaycanın Misirdəki səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Misirin “Yaxın Şərq” agentliyi və populyar internet qəzeti “Əl-Yaum Əs-Sabi” azərbaycanlı əsgər Eldar Fətəliyevin şəhid olması barədə xəbər yayıb.
Həmin məlumat sözügedən mətbu orqanlara Azərbaycan səfirliyi vasitəsilə ötürülüb.
Xatırladaq ki, Gədəbəydə erməni təxribatının qarşısı alınarkən düşmən 5 nəfər itki verib.