Müdafiə Nazirliyi (MN) bildirir ki, Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat məhv edilib.
525.az-ın MN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd DJI Inspire1 (Quadcopter) pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəş nəticəsində məhv edilib.