https://525.az/img/pics/medium/2024-04/311242_odoc9t9k42.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
search
24 Aprel 2024

"Qarabağ"ı "yıxan" hakimlər yenidən Avroliqada!

"Qarabağ"ı "yıxan" hakimlər yenidən Avroliqada!

Ötən mövsüm Avropa Liqasında qrup mərhələsinin son tur matçında "Qarabağ"ın İtaliya "İnter"inin qapısından keçirdiyi təmiz qolu saymayan çexiyalı referi Miroslav Zelinka yenidən beynəlxalq oyuna təyinat alıb.

525.az-ın Sportnet.az-a istinadən verdiyi məlumata görə, 34 yaşlı referi Avroliqanın III təsnifat mərhələsində Şotlandiya "Aberdin"i ilə Qazaxıstan "Kayrat"ı arasında baş tutacaq qarşılaşmanı idarə edəcək.

Onun köməkçilərindən biri kimi elə qolun sayılmamasında xüsusi rolu olmuş Andrey Pelikan təyin edilib. Digər yan xətt hakimi Radek Kotik, 4-cü hakim isə Emanuel Marekdir. Matçın hakim-inspektoru danimarkalı Peter Mikkelsen, UEFA nümayəndəsi isə norveçli Tormod Larsen olacaq. Avqustun 6-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Qeyd edək ki, 2014-cü il dekabrın 11-də keçirilmiş matçın sonuncu uzatma dəqiqəsində Riçard Almeyda topu "İnter"in qapısından keçirsə də, Miroslav Zelinka həmin epizodda "ofsayd" olduğunu bildirərək, qolu saymayıb. Halbuki həmin qolun tam qaydalar çərçivəsində vurulduğu açıq-aşkar görünüb. Çexiyalı referinin yanlış qərarı üzündən 1/16 finala "Qarabağ" yox, Ukrayna "Dnepr"i çıxıb. Öz növbəsində "Dnepr" Avroliqanın finalınadək irəliləyib və yalnız həlledici görüşdə İspaniya "Sevilya"sına uduzaraq, kuboksuz qalıb. "Qarabağ" rəhbərliyi haqqının bərpası və Zelinkanın cəzalandırılmasına nail olmaq istəsə də, UEFA nəticəni qüvvədə saxlayıb. Baş hakim isə 8 ayadək istirahətdən sonra elə Avroliqa matçına təyinat alıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.