https://525.az/img/pics/medium/2024-04/311395_vptuc1dqol.jpg “525-ci qəzet”in 26 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311278_p19wpbj2do.jpg "Məktəblinin dostu": uğurlu təşəbbüs, faydalı addımlar
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
search
25 Aprel 2024

"Neftçi"dən bəyanat: "Heç kim zəhərlənməyib"

"Neftçi"dən bəyanat: "Heç kim zəhərlənməyib"

"Neftçi" PFK bəyanat verib.

Trend-in klubun saytına istinadən verdiyi məlumata görə, bəyanatda qeyd olunur:

"Hörmətli futbol ictimaiyyəti, əziz azarkeşlər və media nümayəndələri. “Neftçi”də kütləvi zəhərlənmə xəbəri bizi sevən hər kəsi narahat etməyə bilməzdi. Heç bir mənbəyi olmayan, qarşı tərəfin münasibəti öyrənilmədən yayılmış bu xəbərin nəyə və hansı maraqlara xidmət etdiyini bilmirik. Lakin onu deməyə məcburuq ki, peşəkarlığa yaraşmayan tərzdə yayılmış xəbər bir çoxlarının narahatlığına səbəb olub. Qəti şəkildə bəyan edirik ki, son dövrlərdə “Neftçi” PFK-da nəinki kütləvi şəkildə, ümumiyyətlə, zəhərlənmə halı qeydə alınmayıb".

Bəyanatda təəssüf hissi ilə bildirilir ki, bəzi mətbu orqanlar maraqlı olan insanlara bilərəkdən və ya bilməyərəkdən xidmət edərək heç bir sübutu olmayan, uydurma faktları dərc ediblər:

"Bu isə “Neftçi” PFK-nı sevən hər kəsin təşvişinə səbəb olub. Maraqlıdır, bu xəbər yoldaşlıq oyunu olmasına baxmayaraq, komandamızın yeni heyətlə ilk qələbəsini qazandıqdan dərhal sonra mətbuata ötürülüb.

Cəfəngiyat dolu məlumatlara inanmayan, əsl peşəkarlıq göstərərək yalan xəbərə yer ayırmayan bütün media orqanlarına təşəkkürümüzü bildiririk".

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.