“Türk axını” təbii qaz boru kəmərinin birinci xətt üzrə hökumətlərarası layihəsinin imzalanması gecikdiyi təqdirdə bu layihənin həyata keçirilməsi təxirə salına bilər.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.
Jurnalistlərin “Türk axını”nın gecikmə riski ilə bağlı sualını cavablandıran rusiyalı nazir belə bir riskin olduğunu qeyd edib:
“Əgər “Türk axını” birinci xətt üzrə hökumətlərarası layihəsinin imzalanmasında gecikmə olarsa, o zaman layihənin gerçəkləşdirilməsi müddətində də gecikmə riski olacaq. Orada tikinti başlamayacaqsa, təbii ki, təxirə salınacaq”.
Qeyd edək ki, Rusiya “Türk axını” nın birinci xətt üzrə hökumətlərarası layihəsini Türkiyəyə göndərib.