https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
search
29 Mart 2024
28 Mart 2024

"İnter" "Atletik"ə uduzdu

"İnter" "Atletik"ə uduzdu

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, Bakının "İnter" klubu Bilbaoda "Atletik"in qonağı olub.

"Hafnarfyordur"u (İslandiya) mübarizədən kənarlaşdırmaqla tarixində ilk dəfə III təsnifat mərhələsində oynamaq hüququ əldə edən Zaur Svanadzenin komandası bu uğurun davamını gətirməyə çalışacaqdı. Lakin "İnter"in rəqibi İspaniyanın iddialı klublarından olan "Atletik" idi.

2011/2012 mövsümündə Avropa Liqasının finalında oynayan "Atletik" bu görüşün favoriti hesab olunurdu. Azərbaycan Premyer Liqasının gümüş mükafatçısının İspaniya klubuna necə müqavimət göstərəcəyi maraqla gözlənilirdi. Fasiləyə 0:1 hesabı ilə məğlub yollanan "İnter" ikinci hissənin əvvəlində daha bir qol buraxaraq səfərdən məğlub ayrılıb - 0:2.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.

30 iyul

Avropa Liqası, III təsnifat mərhələsinin ilk oyunu

23:45. "Atletik" (Bilbao, İspaniya) - "İnter" (Azərbaycan) - 2:0

Qollar
: Eraso, 12 (1:0), 49 (2:0)

Hakimlər
: Stavros Tritsonis, Kristos Akviros və İlias Alekseas (hamısı Yunanıstan)
Bilbao. "San Mames" stadionu.

"Atletik": Laqo Herrerin,  Xavier Etxeyta,  Karlos Gurpegui (k), Mikel Belenziaqa, Xavier Eraso,  Benat Ekçeberiya, Ander İturraspe, Oskar de Markos, Markel Susaeta,  İbai Gomez, Aritz Aduriz

Ehtiyat oyunçular:  Qorka İraizoz, Laporte, Lekue, Elustondo, Aketxe, Kike Salo,  Viquera

“İnter”: Səlahət Ağayev (k), Xuanfran, Laşa Kasradze, Zurab Xizanişvili, Denis Silva,  Nizami Hacıyev, İlkin Qırtımov, Nika Kvekveskiri,  Fuad Bayramov, Rauf Əliyev, Polyak

Ehtiyat oyunçular: Giorgi Lomaya, Mirsayib Abbasov, Mirhüseyn Seyidov, Abbas Hüseynov, Fomenko , Abdullayev, Diaqo Martins

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.