https://525.az/img/pics/medium/2023-12/296612_wcds461sdv.jpg Yerli "Dostoyevski"lərimiz
https://525.az/img/pics/medium/2024-04/311080_ol9pr75s8v.jpg “525-ci qəzet”in 24 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-02/302979_eyl9q05g7v.jpg Kəlbəcərə Zəfər qarı yağdı...
https://525.az/img/pics/medium/2024-04/311032_cdfea1wv7s.jpg Yerdə ulduz olmaq nəyimə lazım
search
23 Aprel 2024

“İdman” – idman salnaməmiz, idman jurnalistikası məktəbidir

“İdman” – idman salnaməmiz, idman jurnalistikası məktəbidir

Əflatun AMAŞOV
Azərbaycan
Mətbuat Şurasının sədri

 

 

Ötən ilin söhbətidir. Mayın 31- 33 idman şərhçisini Mətbuat Şurasına dəvət etmişdik. “Dəyirmi masamız Azərbaycan futbolunun 100 illik yubileyinə həsr olunsa da, sıradan bir tədbir deyildi. Eyni zamanda nəsillərin görüşü idi. Zalda ömür-gününün ən azı 40 ilini idman jurnalistikasına bağlamış məşhur imza sahibləri gənc həmkarları ilə üzbəüz əyləşmişdilər. Maraqlı vəziyyət yaranmışdı. İkincilər birinciləri dinləməyə daha çox üstünlük verirdi. Bu, təkcə yaş staj fərqinə ehtiramdan qaynaqlanmırdı. Gənclər idman jurnalistikamızın canlı salnamələrindən həmişə, hər yerdə öyrənmə faydalanma imkanını bu dəfə əldən vermək istəmirdilər. Onlar sanki sözü bir yerə qoyublarmış kimi hər dəfə ahıl həmkarlarının dinlənilməsinin vacibliyini dilə gətirirdilər. İştirakçıların kimliyinə, çıxışlarına diqqətlə nəzər salarkən mənə elə gəldi ki, sankiİdmanqəzeti yazarlarının görüşündəyəm.

 

Əksəriyyəti keçilən yolun təhlilini verərkən, orijinal epizodları xatırlayarkən, xüsusi diqqəti çəkən yazılarından danışarkənİdmanqəzetinin adını, vaxtsa həmin nəşrin əməkdaşı olduğunu böyük fərəh hissilə vurğulayırdı. Məşhur media təmsilçilərinin bizi ən azı 30-40 ilin dərinliklərinə çəkib aparan xatirələrindən məntiqi qənaətə gəlirdim ki, bəli, vaxtiləİdmanı yaradanlar qəzeti ictimaiyyətə nəinki sevdirməyi bacarmışdılar, ona eyni zamanda idman jurnalistikamızın bayraqdarı, məktəbi imicini qazandıra bilmişdilər.

 

Yaxşı yadımdadır ki, ötən əsrin 60- illərində boya-başa çatdığım Gürcüstanın Faxralı kəndinə qəzetin sayları müntəzəm gəlirdi. Materiallarının hər biri sonuncu nöqtəsinədək oxunurdu. Maraq ilk növbədə ondan irəli gəlirdi ki, Azərbaycan futbolunun bayraqdarıNeftçişöhrət zirvəsinə doğru istiqamət götürmüşdü. Komandada, ümumiyyətlə Azərbaycan idmanında nələr baş verir, hansı uğurlara imza atılırbütün bunlar barədəİdmandan dolğun məlumatlar alırdıq. Onda azərbaycanlı idmançıların digər növlərdə, xüsusilə sərbəst klassik güləşdə, voleybolda, qılıncoynatmada... əldə etdikləri qələbələr barədə oxumaq hamımızda iftixar hissi oyadırdı. Sonradan Bakıda respublikamızın digər bölgələrində 120 min tiraja malik mətbu nəşrin necə sevildiyinin, hər sayının sürətlə satıldığının, diqqətlə mütaliə edildiyinin şahidi oldum.

 

Qəzetçilikdə ictimai nüfuzu formalaşdırmağın başlıca şərti istedadlı, məsuliyyətli jurnalistləri bir yerə cəmləşdirməkdən keçir. Lakin bu insanların da bəxti o zaman gətirir ki, qabiliyyətlərinin nümayişi üçün münbit şəraitə düşsünlər. “İdman”, redaksiya əməkdaşları bu mənada daim qibtə ünvanı kimi barmaqla göstəriliblər.

 

Mən bunu qəzetin 1950-1987-ci illərdə redaktoru olmuş, təkrarsız təşkilatçılığı, səmimiyyəti, qayğıkeşliyi tələbkarlığı ilə idman jurnalistlərimizin bütöv bir nəslinin yetişməsində xidmətlər göstərmiş Mirpaşa Miriyevə həsr olunmuşBizim təmkinli əzizimizkitabının Mətbuat Şurasındakı təqdimat mərasimində bir daha yəqin etdim. Övladı Ulduz xanım təşəbbüs göstərib atası ilə bağlı xatirələri bir nəşrdə cəmləşdirmişdi. Dostları, tanışları M.Miriyevdən bəhs edərkənİdmanqəzetinin adı hər dəfə qoşa çəkilirdi. Tədbirdəki çıxışlarda birmənalı surətdə vurğulanmış fikrə mən şərikəm ki, “İdmanidman jurnalistlərimizə Mirpaşa müəllimin həmkarlarının əmanət qoyub getdikləri çox qiymətli irsdir. Onun saylarından boylanan idman salnaməmizin yaradıcıları sırasında Aqşin Kazımzadə kimi haqq dünyasında olanlar, bu gün istedad təcrübələrini Kütləvi İnformasiya Vasitələrində səxavətlə bölüşən Oqtay Bayramov, Məzahir Süleymanzadə başqaları vardır.

 

On illərin ənənəsinin müasir gəncliyin timsalında yaşadılmasıİdmanın 100-ə doğru qətiyyətli addımlarının zəmanətçisidir. Yeni yubileylərinizi görək ,əziz dostlar.

 

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.