“Qabiliyyət imtahanlarının keçirilmə cədvəli əvvəlcədən elan edilib. Hansısa abituriyent qabiliyyət imtahanında iştirak etməyibsə, onun üçün yenidən imtahan keçirilmir”.
APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə abituriyentlər üçün ali məktəblərə və kolleclərə qəbulla bağlı keçirdiyi video-konfransda deyib.
TQDK sədri bildirib ki, qabiliyyət imtahanı ancaq abituriyent həmin gün xarici ölkədə vacib yarışda iştirak etdiyi təqdirdə təkrar keçirilə bilər:
“Apelyasiya müraciəti zamanı abituriyentin yarışdakı nəticələri nəzərə alınır və o, qabiliyyət imtahanı verir”.